Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Messi və Rodri bu üzükdən taxa bilər -FOTO
FİFA DÇ-2026-nın qaliblərinə təqdim olunacaq xüsusi çempionluq üzüklərini nümayiş etdirib.
Sportfm.az xəbər verir ki, bu mükafat ilk dəfə qurumun himayəsi altında keçirilən turnirlərdə tətbiq olunacaq.
Ümumilikdə 2026 nömrələnmiş üzük hazırlanacaq. Onlardan 30-u dünya çempionlarına təqdim ediləcək, qalan 1996-sı isə azarkeşlər üçün satışa çıxarılacaq.
Üzüyün bir tərəfində Dünya Kuboku təsvir olunacaq, digər tərəfi isə çempion yığmanın simvolları ilə bəzədiləcək. Hər üzük fərdi ölçüdə hazırlanacaq və orijinallıq sertifikatı ilə birlikdə təqdim ediləcək.
Final matçından dərhal sonra müvəqqəti üzüklər çempion komandanın kapitanı və baş məşqçisinə veriləcək. Fərdiləşdirilmiş 30 üzükdən ibarət tam dəst isə komandaya daha sonra təqdim olunacaq.
Qeyd edək ki, DÇ-2026-nın İspaniya və Argentina arasında keçiriləcək final oyunu iyulun 19-da Nyu-Cersidəki "Metlayf" stadionunda baş tutacaq.

Oxşar xəbərlər
Dünya çempionları üçün xüsusi forma hazırlanacaq
DÇ-2026-nın afişası təqdim edildi - FOTO
FİFA-nın “sülh mükafatı” ona təqdim olunacaq - FOTO
DÇ-2026-nın rəsmi topu təqdim edildi
Azərbaycan çempionlarına yeni kubok təqdim ediləcək - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası