reklam
Sportfm.az xəbər saytı

"Səbail" üçün FİFA-dan qadağa -Qərar


Azərbaycan I Liqa təmsilçisi “Səbail” klubuna transfer qadağası qoyulub.

Sportfm.az İdmanxeber.az-a istinadəən xəbər verir ki, buna səbəb “dənizçilər”in futbolçusu Mustafa Yakubuya qarşı maliyyə öhdəliyini yerinə yetirə bilməməsidir. Problemi həll edilməyən oyunçu FİFA-ya müraciət edib.

Ali futbol qurumu Yakubunun şikayətini araşdırdıqdan sonra onu haqlı sayıb və “Səbail”ə transfer cəzası verib. “Dənizçilər” bu müddətdə bir neçə yeni futbolçunun keçidini açıqlasa da, cəza səbəbindən onları qeydiyyatdan keçirə bilmir.

Yeni rəhbərliklə növbəti mövsüm iddialı olması gözlənən klub Mustafa Yakubuya qarşı öhdəliyini yerinə yetirə bilməsə, çətin vəziyyətdə qalacaq.

Oxşar xəbərlər

“Qarabağ”ın cəzası ləğv olundu
Rusiya klubuna transfer qadağası - CƏZA
Ukrayna klubuna qadağa qoydular
FIFA Türkiyə klubuna transfer qadağası qoydu
FİFA-dan Rusiya klublarına qadağa - Transfer edə bilməyəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər