
“Zirə”nin 20-ci səfər “sülh”ü
Azərbaycan Premyer Liqasının IX turunun “Sabah”la görüşündəki 2:2 hesablı heç-heçə “Zirə” üçün yubileylə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, bu, “Qartallar”ın ölkə çempionatının yüksək dəstəsində 20-ci səfər heç-heçəsi kimi tarixə düşüb. Premyer Liqada 2015/16 mövsümündə debüt edən komanda bunadək rəqib meydanlarında keçirdiyi 64 qarşılaşmada 19 dəfə sülhə imza atmışdı.
“Zirə” debüt mövsümündə 7, 2016/17 mövsümündə 5, 2017/18 mövsümündə 4, 2018/19 mövsümündə 3 dəfə səfərdən 1 xalla qayıdıb. Cari çempionatda isə “Sabah”la matçda ilk səfər bərabərliyi qeydə alınıb.
Bunlardan 10-da 1:1, 8-də 0:0, 2-də 2:2 hesabına təsadüf olunub. 8 komandanın meydanında bərabərlik qeydə alınıb. “Neftçi” və “Qəbələ”nin meydanında daha çox – 4 dəfə heç-heçəyə nail olan “Qartallar” “Keşlə” ilə 3, “Qarabağ”, “Sumqayıt”, AZAL və “Kəpəz”lə 2, “Sabah”la 1 dəfə brəabərə qalıb.
“Zirə”nin Premyer Liqada ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə oyunda qeydə alınıb – 1:1.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 66 |
2 | Neftçi | 27 | 50 |
3 | Zirə | 27 | 46 |
4 | Qəbələ | 27 | 44 |
5 | Sabah | 27 | 40 |
6 | Şamaxı | 27 | 21 |
7 | Sumqayıt | 27 | 19 |
8 | Səbail | 27 | 15 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |