Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Keşlə” 150-yə çatdı
Topaz Premyer Liqasının XXV turunun “Neftçi” ilə oyunundakı 2:1 hesablı qələbə “Keşlə” üçün əlamətdar olub.
Sportfm.az xəbər verir ki, Yuri Maksimovun yetirmələrinin bu qələbəsi klub tarixində çempionatdakı ev oyunlarında əldə olunan 150-ci uğur kimi düşüb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt klubu öz meydanında keçirdiyi 258-ci görüşdə 150-ci dəfə qalib gəlib. “Keşlə” evdəki digər qarşılaşmalarda 65 heç-heçə edib və 43 dəfə uduzub.
Qeyd edək ki, “Keşlə” Azərbaycan çempionatları tarixində evdə ən çox qələbə qazanan 5-ci komandadır. Bakılılar “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Turan”dan geri qalır.
Oxşar xəbərlər
Azərbaycan çempionatında bir ilk - Premyer Liqa
"Keşlə"nin 150-ci məğlubiyyəti
“Keşlə”dən 50 qələbə
"Keşlə"nin Azərbaycan çempionatlarında 400-cü qolu
"Keşlə"nin 50-ci məğlubiyyəti
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rumıniya Bakıda İspaniyaya qalib gəldi - Avropa çempionatı
-
"Trabzonspor"un rəqibləri bilindi - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“İmişli”də anqolalı futbolçu - Transfer
-
“Şamaxı” Qəbələ səfərində, “İmişli” “Şəfa”ya qarşı - Premyer Liqa
-
"Qarabağ" və "Qəbələ"dən qələbə - Sabahın ulduzları













Misli Premyer Liqası