reklam
Dünya çempionatının bilet satışlarına start verildi
Sportfm.az xəbər saytı

Dünya çempionatının bilet satışlarına start verildi


27 iyul - 2 avqust tarixlərində Bakıda keçiriləcək güləş üzrə U17 dünya çempionatının bilet satışına start verilib.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışın biletlərini iticket.az saytı vasitəsilə onlayn qaydada, eləcə də "iTicket"in satış məntəqələrindən əldə etmək mümkündür. Bilet qiymətləri 2 və 5 AZN təşkil edir.

Yarış proqramı hər gün iki sessiyadan ibarət olacaq:

Gündüz sessiyası (10:30-14:30)

İlkin qarşılaşmalar keçiriləcək və idmançılar yarımfinal mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

Axşam sessiyası (17:00-20:00)

Yarımfinal görüşləri, medal uğrunda qarşılaşmalar və mükafatlandırma mərasimləri baş tutacaq.

Bir biletlə həm gündüz, həm də axşam sessiyasını izləmək, eyni zamanda sessiyalar arasında Milli Gimnastika Arenasında fəaliyyət göstərəcək fan-zonada azarkeşlər üçün müxtəlif əyləncəli proqramlar, interaktiv oyunlar, tanınmış güləşçilərin imza mərasimləri və s. tədbirlərdə iştirak etmək mümkündür.

Oxşar xəbərlər

Güləş üzrə dünya çempionatı Bakıda keçiriləcək
Dünya çempionatında Aygün Kazımova və Aleyna Tilki oxuyacaq
Bakıda keçiriləcək Avropa çempionatının biletləri satışda
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək
Avropa Olimpiya Təsnifat Turnirinin biletləri satışda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər