Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Oleq Stepko Dünya Kuboku uğrunda yarışa başlayır
Martın 16-19-da Bakıda kişi və qadın idman gimnastları arasında Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, turnirdə 23 ölkənin idmançısı iştirak edəcək.
Milli Gimnastika Arenasında 90 kişi və 46 qadın nəyə qadir olduğunu nümayiş etdirəcək.
Belə ki, Dünya Kubokunun ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.
Azərbaycanı kişi gimnastların yarışlarda Avropa Oyunlarının 5 qat mükafatçısı, Olimpiya Oyunlarının finalçısı Oleq Stepko, həmçinin Murad Ağarzayev, Timur Bayramov və Bense Talas, qadın idman idmançıların turnirində isə Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edəcəklər.
Məşhur kişi idmançıları arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) yer alacaq. Qadın gimnastlar mübarizəsində isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və 4 illiyin ən möhtəşəm yarışının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) qüvvəsini sınayacaq.
Oxşar xəbərlər
Bakıda Dünya Kuboku keçirilir - FOTO
İdman və akrobatika gimnastikası üzrə birinciliklər keçiriləcək
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək
İkiqat dünya çempionu Bakıya gəlir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan cüdoçularının ilk rəqibləri bilindi - Böyük Dəbilqə
-
“Neftçi” - “Qarabağ” - START HEYƏTLƏR
-
“Neftçi” uduzdu, “Turan Tovuz” qələbə qazandı - Əvəzedicilər Liqası
-
“Kəpəz” - “Sumqayıt” matçına hakim təyinatları açıqlandı
-
“Səbail”dən darmadağın - I Liqa
-
Çempionlar Liqasında həftənin oyunçusu bilindi














Misli Premyer Liqası