Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İdman və akrobatika gimnastikası üzrə birinciliklər keçiriləcək
Sportfm.az xəbər verir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, Milli Gimnastika Arenasında 9-10 iyun tarixlərində kişi və qadın idman gimnastikası üzrə 24-cü Bakı çempionatı və Azərbaycan birinciliyi, həmçinin akrobatika gimnastikası üzrə 24-cü Azərbaycan birinciliyi keçiriləcək.
İki gün davam edəcək turnirdə ümumilikdə 134 gimnast Bakı Gimnastika Məktəbi, Respublika Olimpiya İdman Liseyi, "Ocaq" Sport Klubu, "Neftçi" İdman Klubu, Nizami rayonu İdman Məktəbi, Balakən, Şabran və Sumqayıtı təmsil edəcəklər.
Yarışların ilk günü yeni başlayanlar, balacalar, gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasında yer almış qadın idman gimnastlarının çıxışları ilə başlayacaq.
Daha sonra mübarizəyə akrobatlar qoşulacaq. Gənclər, yeniyetmələr və uşaqlar yaş kateqoriyasına bölünmüş qadın qrupları, qadın cütlükləri, qarışıq cütlüklər və kişi cütlükləri yarış meydançasında öz məharətlərini nümayiş etdirəcəklər. Turnirin ikinci günü də məhz akrobatların çıxışları ilə davam edəcək.
Son olaraq medallar uğrunda öz güclərini kişi idman gimnastları sınayacaq. Gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda yer almış idmançılarımızın əzmkar çıxışları ilə yarışlara yekun vurulacaq.
Oxşar xəbərlər
Akrobatika və idman gimnastikası üzrə ölkə birinciliyi keçiriləcək
Gimnastikanın 3 növü üzrə yerli yarışlar keçiriləcək
150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparır
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada
Birgə çempionat davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası