reklam
İkiqat dünya çempionu Bakıya gəlir
Sportfm.az xəbər saytı

İkiqat dünya çempionu Bakıya gəlir


Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.
Sportfm.az xəbər verir ki, yarışlarda 19 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.
Ölkəmizi bu turnirdə Olimpiya Oyunlarının finalçısı, İlk Avropa Oyunlarının gümüş, Avropa Çempionatının çoxnövçülük üzrə bürünc medalçısı Marina Durunda, yeniyetmələr proqramında Avropa Çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa Çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.
Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.
Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda
Aleksandra Soldatova (Rusiya) - 2 qat Dünya Çempionu və Avropa Çempionu;
Zelikman Nikol (İsrail) – Avropa Çempionatının bürünc mükafatçısı;
Qrup hərəkətləri komandaları:
Rusiya – Olimpiya Oyunlarının qızıl medalçısı;
İspaniya – Olimpiya Oyunlarının gümüş medalçısı;
Bolqarıstan – Olimpiya Oyunlarının bürünc medalçısı;
Belarus - Dünya Çempionatının bürünc mükafatçıları iştirak edəcəklər.
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası

Oxşar xəbərlər

Azərbaycanda 2024-cü ilin "İdman səfirləri" bilindi
Gimnastlarımızın 2023-cü il üçün reytinq siyahısı
Bədii gimnastika üzrə Dünya Kubokunda idmançılarımız final mərhələsindən uzaq qaldı
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
Marina Durunda bədii gimnastika üzrə Dünya Kubokunda iştirak etməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər