Mahir oynamadı, komandası növbəti mərhələyə çıxdı -Çempionlar Liqası
UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab matçlarına start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Şimali Makedoniyada “Şkupi”nin qonağı olub. Zaqrebdə 2:2 hesablı heç-heçə ilə başa çatmış ilk oyunu zədə səbəbindən buraxan 25 yaşlı forvard cavab matçında da meydana çıxmayıb. Minimal hesabla qalib gələn “Dinamo” növbəti mərhələ adlayıb.
Digər matçlarda AEK (Larnaka) Kiprdə Danimarka “Midtyulland”ını sınağa çəkib. İlk oyunda olduğu kimi, cavab görüşündə də əsas vaxt 1:1 hesabıyla bitib. Yekunda penaltilər seriyasında rəqibini üstələyən Danimarka çempionu növbəti mərhələyə vəsiqə qazanıb.
“Şerif” Moldovada Sloveniya “Maribor”unu qəbul edib və minimal hesabla qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib.
Finlandiyanın HJK klubu Çexiyada “Viktoriya”yla (Plzen) üz-üzə gəlib. Rəqibini 5 cavabsız qolla üstələyən Çexiya çempionu mərhələ adlayan tərəf olub.
Bolqarıstan “Ludoqorets”i isə İrlandiyada “Şemrok Rovers”lə qarşılaşıb. Üç qolun qeydə alındığı bu matçda qələbəni irlandiyalılar bayram etsə də, mərhələni “Ludoqorets” adlayıb.
Lüksemburq “Düdelanj”ı isə Ermənistan çempionu “Pünik”i qəbul edib. Səfərdə baş tutan ilk oyunda qalib gələn “Düdelanj” bu uğurun davamını cavab görüşündə gətirə bilməyib. Nəticədə “Pünik” növbəti mərhələyə yüksəlib.
Bu mərhələnin digər cavab oyunları iyulun 27-də olacaq. Azərbaycan çempionu “Qarabağ” Bakıda 3:2 hesabı ilə məğlub etdiyi “Sürix”lə İsveçrədə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
26 iyul
AEK (Larnaka, Kipr) – Midtyulland (Danimarka) 1:1 (penaltilər 3:4)
İlk oyun – 1:1
Şerif (Moldova) – Maribor (Sloveniya) 1:0
İlk oyun – 0:0
Viktoriya (Plzen, Çexiya) – HJK (Finlandiya) 5:0
İlk oyun – 2:1
Düdelanj (Lüksemburq) – Pünik (Ermənistan) 1:4
İlk oyun – 1:0
Şkupi (Şimali Makedoniya) – Dinamo (Zaqreb, Xorvatiya) 0:1
İlk oyun – 2:2
Şemrok Rovers (İrlandiya) – Ludoqorets (Bolqarıstan) 2:1
İlk oyun – 0:3
Oxşar xəbərlər
“Fənərbaxça” avstriyalılara aman vermədi - Avroliqa
Mahir izlədi, komandası üzüldü - Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
"Saburtalo" "Şerif"i darmadağın etdi - Çempionlar Liqası I təsnifat mərhələsi
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İdmançılarımız Avrasiya Liqasında liderliyə yüksəldi
-
"Şamaxı" daha bir futbolçusunu göndərdi - FOTO
-
Millimiz Türkiyədə yoxlama oyunları keçirəcək
-
Əlcəzair Mundiala bu futbolçularla gedir - SİYAHI
-
Yığmamızın üzvü 2-ci dəfə Albaniya çempionu oldu - FOTO
-
"Turan"ın futbolçusu Braziliyaya qarşı oynadı - Yoxlama oyunu















Misli Premyer Liqası