Mahir izlədi, komandası üzüldü -Çempionlar Liqası
Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.
Futbolinfo.az xəbər verir, ilk oyun günündə 7 matç keçirilib.
Azərbaycan çempionu “Qarabağ” Bakıda İsveçrə “Sürix”i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matç Ağdam klubunun qələbəsiylə başa çatıb.
Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) isə Xorvatiyada Şimali Makedoniyanın “Şkupi” komandası ilə qarşılaşıb. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib. Azərbaycan yığmasının üzvü zədə səbəbindən bu oyunun iştirakçısı olmayıb.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
19 iyul
Qarabağ (Azərbaycan) – Sürix (İsveçrə) 3:2
Pünik (Ermənistan) – Düdelanj (Lüksemburq) 0:1
Jalgiris (Litva) – Malmö (İsveç) 1:0
Ludoqorets (Bolqarıstan) – Şemrok Rovers (İrlandiya) 3:0
Midtyulland (Danimarka) – AEK (Larnaka, Kipr) 1:1
Linfild (Şimali İrlandiya) – Bodo Qlimt (Norveç) 1:0
Dinamo (Zaqreb, Xorvatiya) – Şkupi (Şimali Makedoniya) 2:2
Oxşar xəbərlər
Mahir oynamadı, komandası növbəti mərhələyə çıxdı - Çempionlar Liqası
Avroliqada 3-cü mərhələnin püşkü atıldı
2-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
I təsnifat mərhələsinin matçları bitdi - NƏTİCƏLƏR
Avropa Liqasında I təsnifat mərhələsinə bu gecə yekun vurulacaq - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası