reklam
Məmmədyarov gerilədi, Rəcəbov mövqeyini qorudu -
Sportfm.az xəbər saytı

Məmmədyarov gerilədi, Rəcəbov mövqeyini qorudu -FIDE reytinqi


Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Şəhriyar Məmmədyarov 2 751 xalla 7 pillə geriləyərək, 14-cü sırada qərarlaşıb. 2 753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub.

Qədir Hüseynov (2 668) 78-ci, Rauf Məmmədov (2 656) isə 88-ci sıraya enib.

Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzcanı (2 793) 3-cü sırada yer alıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) 26-cı, Gövhər Beydullayeva (2 390) 59-cu sıraya yüksəlib. Gülnar Məmmədova (2 380) 68-ci pilləyə enib. Xanım Balacayeva isə ilk "100-lüy"ü tərk edib.

Oxşar xəbərlər

Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi - FİDE reytinqi
Azərbaycan şahmatçıları ilk "10-luğ"u tərk etdilər - FIDE reytinqi
Şəhriyar Məmmədyarov ilk "10-luq"da - FIDE reytinqi
Şahmatçılarımızın mövqeləri dəyişmədi - FIDE reytinqi
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər