Azərbaycan şahmatçıları ilk "10-luğ"u tərk etdilər -FIDE reytinqi
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycanın heç bir təmsilçisi ilk "10-luğ"a düşməyib. 2759 xalı olan Şəhriyar Məmmədyarov 1 pillə geriləyərək, 11-cı sırada yer alıb. Teymur Rəcəbov isə 2753 xalla 13-cü yerdəki mövqeyini qoruyub. Qədir Hüseynov (2 668) 6 pillə irəliləyərək 70-ci yerə yüksəlib. Rauf Məmmədov (2 656) isə 86-cı sıraya enib.
Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla liderdir. Xallarını 2 806-ya çatdıran çinli Dinq Liren Fransa təmsilçisi Alireza Firuzcanı (2 804) qabaqlayaraq, 2-ci pulləyə yüksəlib.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) 26-cıdır. Gülnar Məmmədova (2 387) 60-cı, Gövhər Beydullayeva (2 384) 65-ci sıraya yüksəlib. Xanım Balacayeva isə (2 376) 73-ci pilləyə geriləyib.
Oxşar xəbərlər
Dünya çempionumuz elə bir şey etdiki....
Məmmədyarov gerilədi, Rəcəbov mövqeyini qorudu - FIDE reytinqi
Şahmatçılarımızın mövqeləri dəyişmədi - FIDE reytinqi
Şahmatçılarımızın FIDE reytinqi - İlk 10-luqda
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin