reklam
Şəhriyar Məmmədyarov ilk
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov ilk "10-luq"da -FIDE reytinqi


Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2 767 xalla 9-cu pillədəki yerini qoruyub. Siyahıda Teymur Rəcəbovun da mövqeyi dəyişməyib. 2 753 xalı olan 35 yaşlı qrossmeyster 14-cü sırada qərarlaşıb.

Əvəzində 1 pillə irəliləyən Qədir Hüseynov (2 661) 76-cı sıraya yüksəlib. Rauf Məmmədov isə 2 656 xalla 87-ci yerdə qalıb.

Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 865 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2 799 xala malik çinli Dinq Liren 2-cidir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 470) 24-cü, Gülnar Məmmədova (2 387) 66-cı, Xanım Balacayeva isə (2 376) 80-ci pillədə yer alıb.

Oxşar xəbərlər

Məmmədyarov gerilədi, Rəcəbov mövqeyini qorudu - FIDE reytinqi
"Şah" yerində durmur - Reytinq cədvəli
Şahmatçılarımızın mövqeləri dəyişmədi - FIDE reytinqi
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
Şahmatçılarımız mövqeyini dəyişmədi - FIDE reytinqində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər