reklam
Azarkeşlərindən “Kəpəz” futbolçularına xəbərdarlıq
Sportfm.az xəbər saytı

Azarkeşlərindən “Kəpəz” futbolçularına xəbərdarlıq


 “Kəpəz”in azarkeş qrupu olan "Xəmsə” açıqlama yayıb.

Sportfm.az xəbər verir ki, fan-klubun "Feysbuk" səhifəsində yaydığı bəyanatda bildirilir: "Komandanın uğursuzluqlarında açıq olaraq günahkar baş məşqçi Yaşar Vahabzadəni görməyimiz , deyəsən bir çoxunda öz aləmində günahsız olduğu düşüncəsi yaradıb. 

Komandada oynayan hər bir futbolçu, harada, hansı klubda oynadığını tamlığı ilə dərk etməli , məsuliyyətini anlamaq ( anlatmaq ) zamanı gəldi!

"Kəpəz"də oynadığı halda 3 gündən bir keçmiş komandası haqda paylaşım edənlər daha çox cavab verməli olacaq , ya da "Kəpəz"də olmayacaq! 

Unutmayın, indiyə kimi oynadığınız komanda nə qədər böyük olsa da, "Kəpəz"dən böyük ola bilməz.  Stadionda azarkeş sayı sizi aldatmasın! İlk və sonuncu dəfə xəbərdarlıq edirik!"

Oxşar xəbərlər

“Kəpəz”in bıçaqlanan azarkeşi əməliyyat edildi
"Kəpəz" Yaşar Vahabzadəni istefaya göndərdi - RƏSMİ
AFFA-dan "Kəpəz" rəhbərliyinə xəbərdarlıq - Büdcəyə baxılacaq
"Bizi heç nə qorxuda bilməz" - Yaşar Vahabzadə
Azarkeşlər "Kəpəz"i boykot etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər