Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azarkeşlər "Kəpəz"i boykot etdi
"Kəpəz" azarkeşləri komandanı boykot edib.
Sportfm.az "Xəmsə" fan-klubunun yaydığı bəyanatı olduğu kimi dərc edir.
"İllərdir ki, "Kəpəz"in hər addımında yanında olub onu dəstəksiz qoymayan "Xəmsə" müstəqil fanat klubu komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirməsinə etiraz olaraq komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot edir. Növbəti mərhələlərdə etiraz olaraq başqa addımların da atılması nəzərdə tutulur. Boykotun müddəti, etirazların hansı istiqamətdə aparılması, və ya dayandırılmasına qərar Müşahidəsi Şurasının məsələ ilə bağlı rəsmi açıqlamasından sonra qərar veriləcək".
Oxşar xəbərlər
“Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək - Qərar
"Kəpəz" ev oyunlarını Gəncə stadionunda keçirəcək - AÇIQLAMA
Azarkeşlər Rusiya Kubokunun matçlarını boykot etdi
ABŞ Olimpiadanı boykot edəcək - Pekin - 2022
"Kəpəz" moldovanlara etiraz etdi!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası