reklam
Rusiya klubu Bakıda oynaya bilər -
Sportfm.az xəbər saytı

Rusiya klubu Bakıda oynaya bilər -Sensasiya


Rusiyanın "Spartak" (Moskva) klubu Almaniya "Leyptsiq"inə qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununu Bakıda keçirə bilər.

Sportfm.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Dmitri Zelenov "Championat" nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Bundesliqa təmsilçisi ilə matç üçün prioritet məkan Bakıdır: "Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı konkret məlumat alacağıq".

Qeyd edək ki, komandalar arasındakı ilk görüş martın 10-da Almaniyada olacaq. Cavab qarşılaşması isə martın 17-də gerçəkləşəcək.

Oxşar xəbərlər

"Neftçi" - "Spartak" oyununun saatı açıqlandı - Yoldaşlıq görüşü
ABŞ şirkəti Rusiya klubu ilə əməkdaşlığı dayandırdı
Peyvənd olunmayan oyunçular Fransaya buraxılmayacaq - Çempionlar Liqası
Qrup mərhələsində V tur - Avropa Liqası
UEFA Rusiya klubunu cəzalandıra bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər