Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UEFA Rusiya klubunu cəzalandıra bilər
UEFA Çempionlar Liqasında keçirilən “Spartak” - “Liverpul” oyunu (1:1) ilə bağlı intizam işi açıb.
Sportfm.az xəbər verir ki, qurum “Spartak” azarkeşlərinin hərəkətini araşdıracaq. Rusiyalı fanatlar tribunada “UEFA mafiya” banneri açıblar.
Bundan başqa, azarkeşlər protexniki vasitələrdən də istifadə ediblər. “Spartak” fanatlarının rasist hərəkətlərə də yol verdiyi bildirilir.
Moskva klubu ÇL-in ilk turunda “Maribor”la keçirilən oyunda azarkeşlərinin davranışına görə cəzalanmışdı. “Sevilya” ilə səfərdə keçiriləcək oyuna “Spartak”ın azarkeşlərinin buraxılmaması barədə qərar verilib. Sloveniyada baş verənlərə görə Moskva klubu 60 min avro cərimə də ödəməli olmuşdu.
Oxşar xəbərlər
“Bakı “Spartak” üçün yaxşı variantdır" - Anzor Kavazaşvili
Emrelinin klubuna 17 min 500 avro cərimə - UEFA
150 fayer üçün 43 min avro ödədilər - FOTO
UEFA Ukrayna klubunu cəzalandırdı
"Liverpul"dan darmadağın, "Beşiktaş"dan növbəti qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası