reklam
Peyvənd olunmayan oyunçular Fransaya buraxılmayacaq -
Sportfm.az xəbər saytı

Peyvənd olunmayan oyunçular Fransaya buraxılmayacaq -Çempionlar Liqası


“Çelsi” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Lill”lə qarşılaşacaq.

Sportfm.az xəbər verir ki, London təmsilçisinin heyətində koronavirusa qarşı vaksin olunmayan futbolçular bu matçda iştirak etməyəcəklər. Bu barədə BBC məlumat yayıb. “Çelsi”də peyvənd olunmayan oyunçuların adları açıqlanmayıb.

Fransa hökumətinin qərarına görə, koronavirusa qarşı peyvənd olunmayan idmançıların ölkəyə girişi qadağandır.

“Çelsi” ilə “Lill” arasındakı ilk matç fevralın 22-də Londonda olacaq. Komandalar arasındakı cavab matçı martın 16-da Fransada keçiriləcək.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” komandası ilə üz-üzə gələcək. Komandalar arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

Oxşar xəbərlər

“Neftçi” nə vaxt meydana çıxacaq? - Məlum oldu
Nazir Fransaya getdi - “Qarabağ”ın oyununu izləyəcək
UEFA “Qarabağ”ın oyunu ilə bağlı sorğu keçirir - Konfrans Liqası
“Lill”-“Çelsi” və PSJ-“Real Madrid” matçları neytral meydançada keçiriləcək - Çempionlar Liqası
“Qarabağ”ın rəqibində koronavirus şoku - Yoluxma

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər