reklam
Sportfm.az xəbər saytı

"Türkiyədə ölkəmizi təmsil etmək ən böyük arzumdur" -Namik Ələskərov


Türkiyə klubu “Bursaspor”a  keçən millimizin üzvü Namiq Ələsgərov sabiq u “Neftçi” ilə vidalaşıb. 
Sportfm.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı İnstaqram hesabında yazıb:
“Bildiyiniz kimi, müqaviləmdəki şərtlərə uyğun olaraq azad agent statusu almışam və Türkiyə çempionatinda oynamaq şansından yararlanmaq istəyirəm. Məsələyə aydınlıq gətirmək üçün çox sevdiyim və məni həmişə dəstəkləyən sadiq “Neftçi” azarkeşləri qarşısında hesabat verməyi özümə borc bilirəm. Bütün qaydalar və müqavilə şərtləri daxilində davrandığımdan, "Neftçi"yə qarşı haqsızlıq etmədiyimdən əmin olun. Ölkə xaricində oynamaq istəyi üstün gəldiyindən "Neftçi"dən ayrılmaq məcburiyətindəyəm. “Neftçi” klubunu, azarkeşlərini, komanda yoldaşlarımı, birlikdə qazandığımız qələbələri, çempionluğu unutmayacağam. Bu qələbələr üçün əlimdən gələn hər şeyi ən yaxşı şəkildə etdiyimə inanıram. Bu işdə mənə dəstək olmuş, üzərimdə haqqı olan hamıya təşəkkür edirəm. Amma hər kəs bir yol seçir və mən bu seçimin astanasında olduğumu hiss etdim. Xaricdə oynamaq, qardaş Türkiyədə ölkəmizi uğurla təmsil etmək ən böyük arzumdur. İnşallah, sizin də dəstəyiniz və dualarınızla bu arzumu həyata keçirmək üçün düşən şansdan maksimum yararlanacağam”.
Qeyd edək ki, "Bursaspor" ötən gün N.Ələsgərovu transfer etdiyini açıqlayıb.

 

Oxşar xəbərlər

“Yaşadıqlarımı, çempionluqları, heç bir zaman unutmayacağam" - Mevlüt Erdinç
“Bursaspor”dan ayrılmaq məcburiyyətində qaldım" - Namik Ələskərov
"Qarabağ"dakı illərim misilsiz oldu" - Donald Gerye
"Qarabağı görməyi çox istəyirəm" - "Neftçi"nin legioneri
Azərbaycan millisində oynamaqdan imtina etdi - "Türkiyə millisində oynamaq istəyirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər