reklam
“Yaşadıqlarımı, çempionluqları, heç bir zaman unutmayacağam
Sportfm.az xəbər saytı

“Yaşadıqlarımı, çempionluqları, heç bir zaman unutmayacağam" -Mevlüt Erdinç


Türkiyə millisinin sabiq hücumçusu Mevlüt Erdinç peşəkar futbolçu karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, 35 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb:

“Yaşadıqlarımı, qələbələri, çempionluqları, gözəl xatirələri heç bir zaman unutmayacağam. Məndə əməyi olan klublara, məşqçilərimə, dostlarıma və ailəmə çox təşəkkür edirəm. Məni mən edən futbolçu karyeramı bitirirəm”.

Mevlüt Erdinç, son olaraq Fransanın 4-cü liqa komandası “Rasinq”də (Besançon) forma geyinib. O, dünyaya göz açdığı Fransada “Soşo, PSJ, “Renn”, “Sent Etyen”, “Genqam” və “Mets” klublarının da formasını geyinib. Türkiyədə “Ümraniyəspor”, “Kocaelispor”, “Fatih Karagümrük”, “Fənərbaxça”, “Antalyaspor” və “Başakşəhər”in formasını geyinmiş forvard, Almaniyada da “Hannover”də oynayıb. O, Türkiyə yığmasında 35 oyuna çıxıb, 8 qol vurub.

Oxşar xəbərlər

Arda Turan 1-ci liqa klubunda - Təyinat
Məşhur futbolçu karyerasını bitirdi
Arda Turan karyerasını bitirdi
Məşhur türk futbolçu karyerasını bitirdi
Super Liqa klubu 3 futbolçu transfer etdi - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər