

Azərbaycan millisində oynamaqdan imtina etdi -"Türkiyə millisində oynamaq istəyirəm"
Türkiyənin "Kayserispor" klubunun türkiyəli futbolçusu Hasan Hüseyn Acar Azərbaycan milli komandasında oynamaqdan imtina edib.
Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Türkiyə yığmasında oynamaq arzusunda olduğunu deyib:
"Hər futbolçunun milli komandada oynamaq arzusu var. Türkiyə millisində oynamaq istəyirəm. Bu mövsüm Azərbaycan yığmasında oynamaq təklifi aldım, ancaq mən öz millimizdə çıxış etmək istəyirəm. Bu, hər gənc türk futbolçuda olduğu kimi, mənim də arzumdur. Buna görə də Azərbaycandan gələn təklifi qəbul etmədim.Türkiyə millisində oynamağa yaxınlaşıram. Belə davam etsəm, dəvət ala bilərəm".
"Əskişəhərspor"un yetirməsi olan Hasan Hüseyn Acar 2018-ci ildən "Kayserispor"da çıxış edir. Yarımmüdafiəçi Türkiyənin U-20 yığmasının üzvü olub. O, ötən il Azərbaycan millisində oynamaq üçün təklif aldığını demişdi: "Təklif gəlməsi xəbəri doğrudur. Düşünürəm və buna müsbət baxıram. Milli üzvü olmağı hər kəs istəyir. Türkiyə yığmasında oynamaq istəyərəm, ancaq Azərbaycan millisində də çıxış etmək qürur verər".
Oxşar xəbərlər
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim” - Açıqlama
Azərbaycan millisindən imtina edən futbolçu: "Buna görə peşman deyiləm"
"Azərbaycan millisindən gələn təklifi rədd etdim" - Hüseyin Acar
AFFA daha bir futbolçunu milliləşdirir
Süleymanov millimizdə oynamaqdan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı