"Qarabağ"dakı illərim misilsiz oldu" -Donald Gerye
"Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəlib".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Qarabağ" ilə yollarını ayıran futbolçu Donald Gerye şəxsi İnstaqram hesabında yazıb.
32 yaşlı haitili oyunçu Ağdam təmsilçisindən ayrılması üçün kluba müraciət etdiyini bildirib: "Hər kəsdən, xüsusən də azarkeşlərdən xahiş edirəm ki, məni başa düşsünlər. Bu klubdakı illərim misilsiz oldu. "Qarabağ" çox yüksək hədəflərə sahibdir, bu səbəbdən mənim üçün həyacanverici, düşüncəli, eyni zamanda çətin dövr oldu. Amma çox yaxşı bilirəm ki, burada futboldan bənzərsiz şəkildə zövq aldım. Bunu heç vaxt unutmayacağam. Azarkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm. Bu həyacanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram".
Gerye "Qarabağ"dan ayrılmaq haqqında çox düşündüyünü vurğulayıb: "Düşünürəm ki, artıq karyeramda yenilik etməyin vaxtı çatıb. Gedirəm, amma bu forma mənə həmişə "Qarabağ"la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun".
Qeyd edək ki, Donald Gerye qış fasiləsində Azərbaycanı tərk edib və komandanın düşərgəsinə gec qoşulub. O, bu səbəbdən əvəzedici heyətə göndərilib və 20 min ABŞ dolları məbləğində cərimə olunmuşdu. Gerye 2017-2019-cu illərdə də "Qarabağ"da çıxış edib.
Oxşar xəbərlər
"Qarabağ" Geryeni göndərdi - Müqavilə ləğv edildi
Donald Gerye yığmadakı karyerasını başa vurdu
"Ən yaxşı seçim "Qarabağ" idi" - Donald Gerye
Gerye "Qarabağ"a geri qayıtdı
Ronaldo “Yuventus”a keçməsinin səbəbini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası