reklam
Sportfm.az xəbər saytı

"Səfər qolu qaydası olsaydı, biz qalib gələcəkdik" -Qurban Qurbanov


"Bu qərara ətraflı fikir bildirmək uyğun olmaz. Dəyişikliklərin olması normaldır, yeniliklər qaçılmazdır. VAR sisteminin tətbiqi, 5 əvəzetməyə icazə və s. buna nümunədir".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avrokuboklarda səfər qolu qaydasının ləğvi barədə danışarkən deyib.

49 yaşlı mütəxəssis bildirib ki, yenilik ədalət axtarışına daha çox bənzəyir: "Bizim işimiz meydandadır. Nə qərar verirlirsə, ona uyğun davranmalıyıq. Səfər qolu əvvəllər hansısa komandaya sərf edirdisə, indi əksinə, yeni qərar başqa bir komandanın xeyrinə olacaq".

Qurbanovun sözlərinə görə, yeni qaydaya alışmaq, bunu qəbullanmaq bir az zaman alacaq: "Təsəvvür edin, hər hansı komanda səfər qolu vurur, buna rəğmən, yekunda uduzur. Həmin komanda əvvəlki qaydanı xatırlayacaq. Deyəcəklər ki, səfər qolu qaydası olsaydı, biz qalib gələcəkdik. Məncə, bu danışıqlar bir müddət davam edəcək. Amma zamanla hamı alışacaq".

Zamanında "Qarabağ"ın da səfər qolu qaydasının üstünlüyündən yararlandığını deyən baş məşqçi 2017/2018 mövsümündə Danimarka "Kopenhagen"ini keçib Çempionlar Liqasının qrupuna düşdükləri cavab görüşünü xatırladıb: "Həmin görüşdə evdə top buraxmadan qalib gəlmişdik. Səfərdə isə qol vurub, qrupa vəsiqə qazandıq. O zaman həmin qaydalara uyğun olaraq matçlara hazırlaşır, oyun planımızı qururduq. İndi isə yeni qaydalara uyğun hazırlaşacağıq. Çalışıb tez bir zamanda uyğunlaşacağıq".

Qeyd edək ki, Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" II təsnifat mərhələsində İsrailin "Aşdod" komandası ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyununu iyulun 22-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. (report)

Oxşar xəbərlər

Səfər qolu qaydası ləğv olundu - İspaniya kuboku
Azərbaycan Kubokunda səfər qolu qaydası - AÇIQLAMA
"UEFA İcraiyyə Komitəsi düzgün qərar verdi" - Aleksander Çeferin
UEFA bu qaydanı ləğv etdi - Avropa yarışlarında
Səfər qolu qaydası ləğv edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər