reklam
AFFA-dan açıqlama -
Sportfm.az xəbər saytı

AFFA-dan açıqlama -"İndiyədək heç kim Ayazın millimizdə oynayacağını söyləməyib"


AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla Rusiyanın "Spartak" klubundan ayrılan Ayaz Quliyevin Azərbaycan millisinə cəlb edilmə ehtimalına münasibət bildirib.

Sportfm.az xəbər verir ki, milli assosiasiya rəsmisi açıqlamasında 25 yaşlı futbolçu ilə rəsmi olaraq heç kimin ünsiyyətdə olmadığını söyləyib. Lakin assosiasiya rəsmisi bəzi menecerlər və ya agentlərin Quliyevlə söhbət etmələrini istisna etməyib: "İindiyədək heç kim Ayazın millimizdə oynayacağını söyləməyib. Növbəti oyun mayın 27-də Türkiyə ilə yoldaşlıq görüşü olacaq, amma hələ heyət açıqlanmayıb və dəvətlilər arasında onun olub-olmayacağını deyə bilmərəm".

F.Abdullanın sözlərinə görə, dəvət faksla kluba göndərilir və ya oyunçu təlim-məşq toplanışına çağırılır: "Quliyevlə bağlı vəziyyət belə deyil. Hər hansı söhbət olubsa, bunlar yalnız qeyri-rəsmidir".

Qeyd edək ki, "Spartak"ın yetirməsi olan Ayaz Quliyev 2019-cu ildə "Rostov"da Moskva təmsilçisinə keçib. Onun yenidən "Rostov"a qayıtması gündəmdədir. Quliyev "Spartak"da ümumilikdə 26 oyunda meydanda olub və bir qol vurub. (report)

Oxşar xəbərlər

Ayaz Quliyev Rusiyada ən zəiflər arasında
Ayaz Quliyev geri dönür!
Azərbaycanlı futbolçu "Spartak"dan ayrılacaq
Ayaz Quliyev Rusiya millisini seçəcək - İddia
Ayaz Quliyev "Rostov"dan ayrıldı: "Spartak"a transfer oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər