reklam
Ayaz Quliyev
Sportfm.az xəbər saytı

Ayaz Quliyev "Rostov"dan ayrıldı: "Spartak"a transfer oldu


"Rostov"un Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev “Rostov”dan ayrılıb. 

Sportfm.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Moskva "Spartak"ı ilə anlaşıb. Paytaxt klubu ilə müqavilə bağlamaq üçün Quliyev komanda yoldaşları ilə sağollaşaraq, Antalyadakı təlim-məşq toplanışını tərk edib. O, sabah sabiq klubu ilə rəsmi müqavilə bağlayacaq. 

"Spartak" Ayaz üçün “Rostov”a 1 milyon avro ödəyəcək. Quliyev Moskva təmsilçisində illik 1,2 milyon avro məvacib alacaq. 

Qeyd edək ki, Rusiyanın aşağı yaş qruplarında oynamış futbolçu “Spartak”ın yetirməsidir. O, mövsümün əvvəlində “Spartak”dan “Rostov”a 500 min avroya keçmişdi. Müqavilədəki şərtə görə, "ağ-qrımızılar" Ayazı geri qaytara bilərdi.

Oxşar xəbərlər

Ayaz Quliyev geri dönür!
Azərbaycanlı futbolçu 100 min avro maaş alacaq - Klubu belə qərar verdi
Rusiya klubu azərbaycanlı futbolçunun transferini rəsmən açıqladı
Azərbaycanlı futbolçu 1,2 milyon avro alacaq
Azərbaycanlı futbolçu Moskva klubuna yollanır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər