Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakıda ölən futbolçularla bağlı açıqlama :"Vətəninə dönəcəyi üçün bunu edə bilmədik"- EKSKLÜZİV
Bakıda 3 nəfər kamerunlu futbolçunun meyidi tapılıb.
Sportfm.az xəbər verir ki, qaz boğulmasından dünyasını dəyişən futbolçular həvəskarlar liqasında mübarizə aparan "Sabunçuspor” klubunun üzvləri olub. Saytımıza açıqlamasında klubun rəhbəri və baş məşqçisi Elçin Məmmədov bunları dedi:
"Həmin kamerunlulardan üçü bizim klubda çıxış edirdi. 4-cü futbolçunu sifariş etmək istəyirdik, bu yaxınlarda vətəninə dönəcəyi üçün bunu edə bilmədik. Onlar uzun müddətdir Bakıda birlikdə qalırdılar, yalnız oyunlar zamanı onları görmək imkanımız olurdu. Bizdə maaş yoxdur, sadəcə lazım olanda onlara maddi köməklik göstərirdim. Baş verən hadisədən hamımız şokdayıq. Hazırda klubumuzda iki kamerunlu futbolçu qalıb”.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda Bakının Yasamal rayonunda mənzildə 5 nəfərin cəsədi aşkar edilib.
Yasamal rayonunun Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanında tapılan cəsədlər Kamerun vətəndaşları - Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nkventi Nombi Levi, Senan Nke və Pol David Takemə aiddi. Onlar dəm qazından boğularaq ölüblər.
Oxşar xəbərlər
Təyyarə qəzasında ölən futbolçu ilə bağlı yeni məlumat
Yaşar Vahabzadənin dediklərinə cavab gecikmədi:"Azərbaycanlı uşaqlara oynamaq üçün şans verək" - ÖZƏL
Faciəli şəkildə ölən futbolçuların meyitləri hələ də Bakıdadır
Azərbaycanda oynayan 3 futbolçunun cəsədi tapıldı - FACİƏ
Elvin Məmmədov:”Ola bilsin yer tuta bilmədik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası