Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Faciəli şəkildə ölən futbolçuların meyitləri hələ də Bakıdadır
Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib.
Sportfm.az xəbər verir ki, yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Kamerundan olan 4 nəfərin ailəsi maddi imkansızlıqdan Bakıya gələ bilmir.
Qeyd edək ki, hadisə bu il yanvarın 2-də Yasamal rayonunda baş vermişdi. Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu idi. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.
5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib.
Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.
Musavat.com
Oxşar xəbərlər
Bakıda idmançı olduğunu deyən tələbə ölü tapıldı - ŞOK OLAY
Azərbaycanlı futzalçı dünyasını dəyişdi - Onun toyu olacaqdı
Qara statistika: Premyer Liqamızın vaxtsız ölən legionerləri
Bakıda ölən futbolçularla bağlı açıqlama :"Vətəninə dönəcəyi üçün bunu edə bilmədik" - EKSKLÜZİV
Azərbaycanda oynayan 3 futbolçunun cəsədi tapıldı - FACİƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası