reklam
Elvin Məmmədov:”Ola bilsin yer tuta bilmədik”
Sportfm.az xəbər saytı

Elvin Məmmədov:”Ola bilsin yer tuta bilmədik”


"Zirə” FK mətbuat konfransı keçirib. Konfrans zamanı komanda da baş vermiş struktur, strateji və transfer yenilikləri haqda məlumat verilib. Sportfm.az saytının verdiyi məlumata görə, tədbiri açıq elan edən "Zirə” klubunun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu bildirdi ki, komandanın rəhbərliyi klubun inkişaf etdirilməsi və istedadlı futbolçuların üzə çıxarılması baxımından vacib qərarlar qəbul edib. Mətbuat xidmətin rəhbəri bildirdi ki, artıq yeni mövsümdən əsas komanda da kapitanlıq sarğısını təcrübəli futbolçu Elvin Məmmədov daşıyacaq.
Konfransda "Zirə” klubunun yeni kapitanı Elvin Məmmədovda öz fikirlərini söylədi: "Keçən mövsüm bizim üçün uğurlu oldu, biz gümüş medalların sahibi olduq. Bura qədər gəlib çatmaq asandı, amma burda qalmaq çətindi. Məşqçilər korpusu ilə birgə əlimizdən gələni edəcəyik ki,  ötən ilki nəticəni təkrarlayaq. Biz işimizi görəcəyik. Qalan hər şey Allahın əlindədi. Uğurlu çıxış edib mükafatçılar sırasına daxil ola  bilərik, amma ola bilsin yerdə tuta bilmədik. Bizim vəzifəmiz, işimiz, məşqçilərin dediyni yerinə yetirməkdi. Kapitanlıqla bağlı qeyd etmək istəyərdim ki, bizdə yaşlı futbolçuların hamısı kapitandı. Düşünürəm ki, mənim üçün kapitan sarğısını daşımaq çətin olmayacaq, çünki yanımda komanda yoldaşlarım var. Hamımız bir-birimizə dətək olub yaxşı nəticə göstərmək istəyirik.”
Komandanın baş məşqçisi Adil Şükürovda mətbuat konfransında çıxış etdi:  "Bizim rəhbərlik belə qərar verdi ki, gələcəkdə komandamızda bütün yaş qruplarında sistem əsas komandayla eyni olsun. Bu məqsədlə klubumuzda bəzi məşqçi dəyişikliyi edilib. Əsas komandanın məşqçiləri Ayxan Abbasov və Elnur Çodarov müvafiq olaraq, əvəzedici heyət və U-19 komandasına baş məşqçi təyin olunub. Ayxan Abbasov eyni zamanda əsas komanda da işinə davam edəcək. Kamen Vasilyev əvəzedici komandanın məşqçisi kimi işini davam etdirəcək.  Zaur Həşimov isə əsas komanda da məşqçi vəzifəsinə təyin edilib. Biz bəzi klublarda görmüşük ki, aşağı yaş qruplarında olan uşaqlar əsas komandaya çatdıqda uyğunlaşmaq üçün vaxt lazım olur, amma biz işimizi elə quracağıq ki, həmin problem bizdə olmasın. Komanda  bəzi transferlər həyata keçirib. Artıq Milan Duriç, Gerhard Proqni və Yasin Həmidlə müqavilələr rəsmiləşib. Bir nəfərlə də müqavilə demək olar ki, hazırdı. Yaxın günlərdə bizə qatılacaq. Daha üç legionerlə danışıqlar aparırıq.”
Komandaya yeni təyin olunan məşqçi Zaur Həşimovda jurnalistlərlə fikirlərini bölüşdü:  "Bizim rəhbərlik böyük işlərin uğrunda mübarizə aparılması üçün ilk addımlarını  atıb. Klub keçən ilin gümüş mükafatçısıdır. Bunda bir neçə adamın əməyi var. Mən rəhbərliyi dinləyəndən sonra, başa düşdüm ki, həqiqətən məsuliyyətli bir işə dəvət edirlər. Bildiyiniz ki,  "Barselona”, "Mançester Yunayted”  və bu kimi böyük komandalar əsas komandaları üçün ulduz futbolçular yetişdirirlər. Mən arzu edirəm ki, yeni mövsümdən "Zirə” ən azı 2-3-cü yer uğrunda mübarizə aparsın. Ən əsası birincilikdi. Mən çalışacam ki, il ərzində bütün  bacarığımı və səyimi ortaya qoyum. Nəticəni gələcəkdə görəcəyik".
Əvəzedicilərin baş məşqçisi təyin edilən Ayxan Abbasovda öz fikirlərini səsləndirdi: "Biz keçən ildə gördük ki, gənclərin dəstəyə ehtiyacı var. 19 yaşlı komandamız ikinci yeri tutdu. Bu birinci il iştirak edən komanda üçün çox yaxşı nəticədir. Rəhbərlik qərara gəldi ki, gənclərə kömək etmək  lazımdı. Elə bir iş sistem qurmaq istəyirik ki, futbolçular əsas komandaya gələndə əziyyət çəkməsinlər. Bildiyiniz kimi limit hər il dəyişilir. Futbolçuların inkişafını istəyiriksə ilk növbədə aşağı yaş qruplarından başlamaq lazımdır. Meydança problemini də həll edəcəyik. İşlər gedir nəticəsini görəcəyik. Əvəzedici heyətdə məqsədimiz futbolçu yetişdirməkdi. Əsas komandaya kömək etmək bütün məşqçilərin borcudu”.
Qeyd edək ki, mətbuat konfransından sonra "Zirə” klubu açıq məşq keçirdi. Məşqdən öncə "qartallar”ın yeni üzvü iki illik müqavilə imzalanan serbiyalı Milan Duriç jurnalistlərə təqdim olundu. Futbolçu ötən mövsüm Xorvatiyanın "İstra” klubunda oynayıb. Bundan əvvəl 3 il müddətində, 2013-2015-ci illərdə Serbiya təmsilçisi "Yaqodina”da çıxış edən Milan həmçinin, ölkəsində "Pekar” və Makedoniyada "Metallurq”un formasını geyinib.
Elvin Məmmədov:”Ola bilsin yer tuta bilmədik”

Oxşar xəbərlər

"Araz-Naxçıvan"da yeni məşqçi - Təyinat
Rəşad Sadiqovun taleyi nə olacaq?
Fərid Məmmədov: “Artıq böyük futbol oynamağın vaxtıdır”
Ayxan Abbasovun ilk qələbəsi
Adil Şükürov: "Bu, məni də narahat edirdi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər