Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yaşar Vahabzadənin dediklərinə cavab gecikmədi:"Azərbaycanlı uşaqlara oynamaq üçün şans verək"- ÖZƏL
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XVI turun oyunlarına start verilib. Evdə "Kəpəz"i qəbul edən "Zirə"nin əvəzediciləri gözlənilmədən rəqibə 1:2 hesabı məğlub olub. Qarşılaşmadan sonra "Zirə"nin əvəzedicilərinin baş məşqçisi İlham Qurbanov saytımıza açıqlamasında bir çox mətləblərə aydınlıq gətirib:
"Bu gün uşaqlar pis oynamadı. Yaratdığımız epizodları qola çevirə bilmədik. "Kəpəz"in isə 2-3 qol epizodu oldu və ondan istifadə etdilər. Bu gün əsas komandamızın üzvləri Cavid Tağıyev, Tural Cəlilov, Murad Səttarlı bizim sərəncamımızda idi".
Mütəxəssis bir müddət öncə U-21 yığmamızın baş məqşçisi Yaşar Vahabzadənin milliləşən futbolçularla bağlı - "Onların səviyyəsində demirəm, hətta o səviyyəyə bir az yaxın azərbaycanlı olsa, Yaşar Vahabzadə olaraq başqa yerdən kiminsə gəlməsinə razı olmaram. Mənə yerli uşaqla işləmək qat-qat asandı. Həm gözümün qabağındadı, həm də dil problemi yoxdu. Sadəcə, bu gün bəzi mövqelərdə həqiqətən də çox ciddi problemlər var. Həmin mövqelərdə yerli futbolçu qıtlığı müşahidə olunur. Əksəriyyəti əvəzedici heyətin üzvləridi. Əvəzedicilərin çempionatı ilə U-21-lərin Avropa çempionatının səviyyəsi eyni deyil axı. Ona görə də məcburuq kənara göz gəzdirək - sözlərinə münasibət bildirib:
"Mənim fikrimcə, əsas nəticə deyil ki, gedib hardasa kiməsə qalib gələsən. Bu gün bizim heyətimizdə yığmada çıxış edə biləcək futbolçular var. Onların bəziləri əsas komandanın heyətinə cəlb edilir, düşünürəm ki, onlar yığma üçün layiqli oyunçulardır. Belə gənclər çoxdur. Biz gərək azərbaycanlı uşaqlara oynamaq üçün şans verək. Əsas onların inkişaf etməsi üçün çalışmalıyıq".
Oxşar xəbərlər
"Bu uşaqlar gələcək üçün ümid verirlər” - Vasif Haqverdiyev
"Turan Tovuz" mənim üçün çox doğmadır, nədən olmasın?! - MÜSAHİBƏ
"Kəpəz"in futbolçusu: "Biz yenidən Avropa Liqasına getmək istəyirik"
"Klubların əksəriyyəti peşəkar səviyyədə çalışmırlar"...U-17 yığmamızın baş məşqçisindən ittiham
“Daçiya”nın kapitanı: ”Bizim üçün uğurlu nəticə ancaq qələbə ola bilər”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası