Təyyarə qəzasında ölən futbolçu ilə bağlı yeni məlumat
Təyyarə qəzasında ölən Emiliano Salanın hadisədən öncə karbonmonoksit qazından zəhərləndiyi üzə çıxıb.
Sportfm.az xəbər verir ki, bu barədə məlumatı hadisəni araşdıran İngiltərə Hava Qəzaları İstintaq Təşkilatı yayıb.
Məlumata görə, onun qanında 58 faiz karbonmonoksit qazı tapılıb. Bildirilir ki, bu qazdan zəhərlənənlər huşunu itirir, özünü idarə edə bilmirlər. Cəsədi hələ də tapılmayan pilot David İbbotsonun da böyük ehtimalla eyni üsulla zəhərləndiyi bildirilir.
Qeyd edək ki, 28 yaşlı argentinalı futbolçu yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı təyyarə qəzasında həlak olub. Təyyarənin qalıqları La-Manş boğazında fevralın əvvəlində, Salanın cəsədi isə fevralın 8-də tapılıb.
Oxşar xəbərlər
Futbolçunun ölümünə səbəb olanlar həbs olundu - Hadisə
Salanın ölümü ilə bağlı dəhşətli xəbər
Emiliano Salanın ölümü ilə bağlı yeni xəbər
Salanın forma nömrəsi əbədiləşdirildi
Emiliano Salanın cəsədi tapıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Millimiz İnkişaf Turnirini qələbə ilə bitirdi
-
"Qızıl top"un qalibi Harri Keyn oldu
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO














Misli Premyer Liqası