Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millinin futbolçularında dopinq aşkarlandı -Testləri müsbət çıxdı
Avstriyanın "Zaltsburq" komandasının futbolçuları Məhəmməd Kamara və Seku Koytadan noyabrın 22-də götürülmüş dopinq testləri müsbət nəticə verib.
Sportfm.az xəbər verir ki, onlar qadağan olunmuş maddəni Mali yığmasının düşərgəsində yüksəklik xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş dərmanın tərkibində qəbul ediblər.
Hər iki futbolçu həmin vaxt Afrika Millətlər Kubokunun Nambiya ilə səfər oyununda meydana çıxıb. Klubdan verilən açıqlamada futbolçuların buna görə hər hansı cəza almayacağı və komandada qalacağı, həmçinin məsələni aydınlaşdırmaq üçün UEFA və əlaqədar qurumlarla əməkdaşlıq ediləcəyi bildirilib.
Oxşar xəbərlər
Məşhur boksçuda dopinq aşkarlandı
Hüseyndən dopinq tapıldı
Braziliyalı futbolçuda dopinq aşkarlandı
Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlandı
UEFA ilə Azərbaycan Milli Dopinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi nə vəd edir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası