Azərbaycan idmançılarında dopinq aşkarlanan növlər açıqlandı
2017-ci ildə velosiped və bodibildinq üzrə hərəyə 3, həndbol və atletika üzrə hərəyə 2, ağırlıqqaldırma üzrə 1 dopinq-test müsbət nəticə verib.
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müsbət nəticələrdən əlavə, yoxlamalar zamanı bodibildinqdə şübhəli - atipik nəticə halına rast gəlinib.
Anti-dopinq qaydalarına əsasən, yalnız müsbət nəticə pozuntu deyil. İl ərzində qadağan olunmuş maddənin istifadəsi halları 1 dəfə, dopinq nəzarətindən imtina 2 dəfə, könüllü şəkildə etiraf 1 dəfə, məkan məlumatları pozuntusu halları isə 8 dəfə baş verib.
9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də simulyantlar, 1-də isə narkotiklər aşkarlanıb. Daha 1 idmançıda isə müxtəlif steroid üzə çıxıb. (report.az)
Oxşar xəbərlər
İdmançılarımızın dopinq-testlərinin 2,7 faizi müsbət nəticə verdi
Paralimpiya yığmamıza anti-dopinq təlimi keçirildi - FOTO
Azərbaycanlı məşqçilər rüşvət təklif ediblər - Açıqlama
Azərbaycanda daha bir təhlükə - maddələrin istifadəsi yayılıb
Məşhur boksçuda dopinq aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası