Hüseyndən dopinq tapıldı
Azərbaycan ağırlıqqaldıranı Hüseyn İsmayılov bütün yarışlardan müvəqqəti kənarlaşdırılıb.
Sportfm.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytında bildirilir. Səbəb kimi İsmayılovun dopinq-testinin müsbət nəticə verməsi göstərilib. 19 yaşlı atletin orqanizmindən istifadəsi qadağan olunmuş testosteron izləri aşkarlanıb.
İsmayılovun antidopinq qaydalarının pozuntusuna yol verib-vermədiyi sübuta yetirildikdən sonra müvafiq qərar açıqlanacaq. IWF iş yekunlaşmayanadək heç bir açıqlama verməyəcəyini də bəyan edib.
Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev açıqlamasında faktı təsdiqləyib: "Bizə bu barədə məlumat daxil olub. Hazırda federasiya olaraq, məsələni araşdırırıq. Hüseyn İsmayılovun dopinqlə bağlı cəza alıb-almayacağı hələ dəqiq deyil. İş rəsmi həllini tapandan sonra geniş açıqlama veriləcək".
Qeyd edək ki, Hüseyn İsmayılov 2017-ci ildə Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında Avropa çempionatında 94 kq çəki dərəcəsində bürünc medal qazanıb. (report)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |