Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Turan" azarkeşləri üçün biletlər ödənişsiz olacaq
“Turan” voleybol klubu Tovuzda keçiriləcək Çempionlar Liqası oyununun biletlərini təqdim edib.
Sportfm.az xəbər verir ki, noyabrın 10-da “Turan” klubu doğma meydanda Bolqarıstanın “Maritsa Plovdiv” komandası ilə qarşılaşacaq.
Saat 18:00-da başlayacaq görüş Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Klub azarkeşlər üçün biletləri ödənişsiz təqdim edir. Artıq əldə olunması mümkün olan biletləri Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq götürmək olar.
Biletlər yalnız şəxsiyyət vəsiqəsi əsasında təqdim ediləcək. Saxta biletlərin hazırlanmasının və biletlərin digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə onların üzərində xüsusi holoqram yerləşdiriləcək.
Azarkeşlərə vaxt itirmədən Tovuz Olimpiya İdman Kompleksinə yaxınlaşaraq biletlərini əldə etmələri tövsiyə olunur.
Qeyd edək ki, tərəflərin ilk görüşündə “Turan” rəqibini 3:0 hesabı ilə məğlub edib. Komanda cavab qarşılaşmasında uğurlu nəticə qazanaraq qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyib.

Oxşar xəbərlər
"Turan" voleybol mərhələ adladı - Çempionlar Liqası
“Turan” azarkeşləri sevindirəcək
"Turan"ın ilk ev matçına biletlər satışa çıxdı
“Qarabağ” – “Turan Tovuz” oyununun biletləri satışda
"Neftçi" - "Turan Tovuz" oyununun biletləri satışda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası