• 15:12 Çərşənbə
    20 Yanvar 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
“Azərbaycan futbolunun yeganə xilas yolu...

“Azərbaycan futbolunun yeganə xilas yolu..." - Sual-cavab

Azərbaycan futbolu dərin böhran içərisindədir və mütəxəssislər tək çıxış yolu görürlər

 

Bir neçə gün öncə futbol üzrə Azərbaycan milli komandası Lüksemburqun milli komandası ilə qarşılaşıb. Nəticədə Avropanın ən zəif komandalarından sayılan Lüksemburqa milli komandamız 1:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyət futbol azarkeşlərinin qəzəbinə səbəb olub. Azarkeşlər məğlubiyyətin səbəbini AFFA rəhbərliyində görürlər. AYNA mövzuya dair idman yazarlarının fikirini öyrənib.

 

Natiq Muxtarlının fikrincə, Azərbaycan futbolunun bircə problemi var – idarəçilik: “Təəssüf ki, Azərbaycan futbolu uzun müddətdir ki, qeyri-peşəkarların, futbolu yox, şəxsi qazancını düşünən insanların idarəçiliyi altındadır. Bu adamlar özlərini sığortalamaq üçün “Azərbaycanda məşqçi yoxdur, futbolçu yoxdur” tezisini gündəmə gətirdilər. Amma Qurban Qurbanov “Qarabağ”la qazandığı uğurlarla onların bu tezisini məhv etdi. Qurban Qurbanovu da tələyə salıb milli komandaya gətirdilər, onu nüfuzdan saldılar və əməllərinə davam etdilər. Azərbaycanın bölgələri istedadlı uşaqlarla doludur. Amma Azərbaycanın bölgələrində o istedadlı uşaqları futbolçu kimi yetişdirmək üçün infrastruktur yoxdur”.

No description available.

“AFFA rəhbərliyi uşaq futbolunun inkişafı ilə qətiyyən maraqlanmır. Onlar üçün futbol təsərrüfatı çirkli vəsaitin yuyulması üçün uyğun məkandır. Hər il SOCAR-dan, yəni dövlətdən futbolun inkişafı üçün 20 milyon manatdan çox vəsait ayrılır. Onlar da bu vəsaitin müəyyən qismini “yuyur”, qalanını da özlərinin futbola gətirdikləri şəxslər arasında bölürlər. Azərbaycanda bütün sahələrdə islahatlar aparılır. Bu islahatlar labüddür, vacibdir. O cümlədən futbol təsərrüfatında da islahatlar qaçılmazdır. Bu idarəçilər dəyişməyənə qədər Azərbaycan futboluna nicat yoxdur. Onların AFFA-dakı hər ili futbolumuzu 10 il geri salır”, - mütəxəssis deyib.

 

Onun sözlərinə görə, Lüksemburqa məğlub olmaq ayaq altında qalmaq deməkdir: “Avropa futbolunda bundan aşağı yer yoxdur. Bütün Avropada futbol inkişaf etdiyi halda, biz Lüksemburqun ayağı altına necə düşdük? Axı, dövlət o qədər vəsaiti bunun üçün ayrımırdı. O vəsaitin hesabatını kim verməlidir? FİFA və UEFA-da korrupsiya əməliyyatı aparılandan sonra dünyanın bütün ölkələrində futbol federasiyalarının rəhbərləri dəyişdi, Azərbaycandan başqa. Onlar eyni korrupsiya əməliyyatlarını davam etdirdilər. Bilirsiniz, AFFA-dakı korrupsiya çılpaqlığı ilə görünür. Bunu sadə azarkeş də görür. Görür və “niyə tədbir görülmür” sualını verir. Beləcə, həmin sadə azarkeşdə ölkədə aparılan islahatlara, korrupsiya əməllərinə qarşı mübarizəyə şübhə yaranır”.

 

“Belə çıxır ki, AFFA prezidenti Rövnəq Abdullayevin korrupsiya ilə məşğul olmaq üçün lisenziyası var və o, bu ölkədə istədiyini edə bilər. Axı, yazırdıq, deyirdik ki, xaricdən məşqçi gətirməyə ehtiyac yoxdur, çünki o məşqçinin əlinin altında futbolçu yoxdur, nəticə verə bilməyəcək. Amma nə fayda... AFFA rəhbərliyi İtaliyadan 6 məşqçi gətirib, onlara il ərzində 5 milyon manat ödəniləcək. Koronavirusun iqtisadiyyata ciddi zərər vurduğu bir vaxtda biz o 5 milyonu niyə italyanalara verməliyik? Axı, bu gün Lüksemburq qarşısında ona görə aciz qalırıq ki, futbolçu yetişdirməmişik, bu işlə məşğul olmamışıq”, - Muxtarlı bildirib.

 

“Futbolçumuz ona görə rəqibə şıllaq atır, ona görə hava topuna əllə müdaxilə edir ki, onun peşəkarlğı çatışmır, onu belə öyrədiblər. Azərbaycanda uşaq futbolunda kadr çatışmazlığı var. İnfrastrukturdan isə danışmağa dəyməz. Əslində, peşəkar kadrlarımız olsaydı, quru torpağın üzərində də futbolçu yetişdirmək olardı. SSRİ vaxtı futbolçuları məhəllələrdən tapırdılar. İndi məhəllə futbolu da yoxa çıxıb. Biz uşaq məşqçilərinin peşəkarlaşması üçün heç bir addım atmadıq. 300 manat alan məşqçi futbolçu yetişdirmək haqda düşünməz. O məşqçi valideynin əlinə baxmağa möhtacdırsa, ədalətli olmayacaq, istedadlını istedadsıza qurban verəcək. Çünki onun valideynindən asılıdır. AFFA rəhbərliyi xaricdə uşaq məşqçiləri üçün keçirilən seminarlara, kurslara katibələrini göndərdi uzun illər. Bir deyil, iki deyil, yüzlərlə belə dəhşətli faktlar var. Hansını deyəsən, hansından yazasan? Azərbaycan futbolu ayaq altındadır. Onu qaldırmaq üçün Rövnəq Abdullayev və komandası dərhal istefaya göndərilməlidir. Futbol peşəkarlara həvalə edilməlidir, onlardan da nəticə tələb olunmalıdır. Başqa çıxış yolumuz yoxdur. Gecikirik. İndi hər gün də qiymətlidir”, - müsahibimiz vurğulayıb.

No description available.

Kənan Məstəliyev də o fikirdədir ki, bizim tək problemimiz peşəkar yanaşmanın olmamasıdır: “Azərbaycan futbolunun probleminin oyunçular, məşçilər, hakimlər olmadığını artıq 10 ildən çoxdur bilirik və deyirik. Deməkdən, danışmaqdan, yazmaqdan yorulmuşuq. Azərbaycanda həm uşaq futbolu, həm də böyük, peşəkar futbol ciddi böhrandadır. Ölkənin əsas çempionatı olan Premyer-Liqada cəmi 8 komanda iştirak edir, onların da 7-si de-fakto Abşeron yarımadasını təmsil edir, biri isə “Qəbələ”dir, o da demək olar ki, gününün yarısını Bakıda keçirir. Azərbaycanın tarixi futbol mərkəzlərindən olan Tovuz, Gəncə, Lənkəran, Qusar, Zaqatala, Naxçıvan və digərləri faktiki dilənçi vəziyyətindədir, ən yaxşı halda I divizyonda təmsil olunurlar. Daha doğrusu, bu, elə təmsilçilikdən başqa bir şey deyil. Buradan elitaya nə futbolçu çıxır, nə də hansısa inkişaf perspektivi görünür”.

 

İdman jurnalisti bildirib ki, uşaq futbolunda yarışlar sadəcə ad olsun deyə təşkil olunur, ən aşağı yaşlardan yuxarıya keçid sistemi düzgün təmin edilməyib, yüzlərlə, minlərlə istedad itib-batır: “Bunun nəticəsidir ki, əsas milli komandanın əksər üzvləri ya legionerdir, ya da Azərbaycan futbol məktəbinin yetirməsi deyil - yaxın-uzaq qohum, dostluq, tanışlıq yolu ilə özlərinə “cığır” açıblar. Yığma Avropanın cırtdanlarına məğlub olur, FİFA-nın reytinq sıralamasında ilk yüzlüyə daxil olduğu günü heç birimiz xatırlamırıq da. Fərqli idarəetməsi olan “Qarabağ” istisna olmaqla, klublarımız avrokuboklarda mütəmadi qapazaltı olmaqla yadda qalır, ən yaxşı halda, iki mərhələ adlamaqla işlərini bitmiş hesab edirlər”.

 

“Bir sözlə, gələcəyə ümidlə baxmaq üçün heç bir işıq yoxdur. Tunelin o başında görünən işıq isə, çox böyük ehtimalla, qatardır. Çıxış yolu nədir? AFFA-da köklü dəyişikliklər edilməli, rəhbərlik tam şəkildə istefa verməli, yeni nəsil idarəetmə tətbiq edilməlidir. Hazırda bu qurumu idarə edənlərin futbola, idmana, ümumilikdə bu işə baxış bucağı köhnəlib, cəhdləri nəticə vermir, hər şey lap pisə doğru gedir. Getmək üçün bu gün də gec deyil. Hazırda ölkə futbolunun inkişafı üçün ən doğru çıxış yolu məhz istefadır”, - Məstəliyev əlavə edib.

No description available.

İdman mütəxəssisi Araz Əhmədov isə fikirlərini qısaca belə ifadə edib: “Azərbaycan futbolunun yeganə xilas yolu - onu bu kökə salan indiki AFFA rəhbərliyinin istefa verməsindən keçir”.

Müəllif: Təranə Xudabaxşiyeva  

скачать dle 10.4 UTF-8Forex для начинающих

9-09-2020
216
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
14-02-2020
AFFA potensial şikəstləri necə
AFFA potensial şikəstləri necə "yetişdirir"? - DƏRD
27-08-2019
"Uşaq futbolu, ümumiyyətlə, yoxdur. İndiki vəziyyətdə desəm ki, irəliləyiş var, yalan olar" Musa Qurbanov
15-06-2019
“Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” -
“Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” - Baş katibə sərt ittihamlar
12-06-2019
“Azarkeşlər ağıllıdırlarsa, özləri oynasınlar, baxmasınlar” –
“Azarkeşlər ağıllıdırlarsa, özləri oynasınlar, baxmasınlar” – “İstefa”ya reaksiya
12-06-2019
Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
Azərbaycanda futbolçu yetişməməyin yüz səbəbindən biri
21-05-2019
"Azərbaycan futboluna baxanda 70 yaşlı ahıl kişinin əsası ilə yeriməsini görürəm"
23-01-2019
"O insanlara yazığım gəlir" - Kamal Quliyev
21-12-2018
“Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimdir ki, baş katibə
“Vaqif Sadıqov, Ağasəlim Mircavadov kimdir ki, baş katibə "onu gətirmə" desin?”
19-12-2018
Bizə PRO lazımdır, yoxsa məşqçi ? -
Bizə PRO lazımdır, yoxsa məşqçi ? - QEYD
10-12-2018
Qurbanovun millidən getməsinin -
Qurbanovun millidən getməsinin - Şok səbəbləri
23-04-2018
Uşaq futbolu:
Uşaq futbolu: Nədən başlayaq, necə davam edək? - QEYD
5-09-2017
Boş qalan futbol “soyuducumuz” və Rəşadın “borcu”
Boş qalan futbol “soyuducumuz” və Rəşadın “borcu” (LAYİHƏ)
29-08-2017
Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar!
Futbolçu kimi effektiv olmayan tərbiyəli uşaqlar! (LAYİHƏ)
20-08-2017
Dar küçələr və yox olan ənənələr!
Dar küçələr və yox olan ənənələr! (LAYİHƏ)
17-08-2017
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar!
İt-bat olan gənclər və uşaq futbolundan xəbəri olmayanlar! (LAYİHƏ)
  Xəbər Lenti
Derbinin vaxtı açıqlandı - "Fənərbaxça" - "Qalatasaray" 20.01.2021, 14:42
20 Yanvar faciəsindən 31 il ötür 20.01.2021, 12:21
"Qarabağı görməyi çox istəyirəm" - "Neftçi"nin legioneri 20.01.2021, 12:15
Dünya çempionatında azarkeşlər iştirak etməyəcək - Biletlər geri qaytarılır 20.01.2021, 12:11
Emrelinin Polşa klubundan tələb etdiyi məbələğ - 200 000 20.01.2021, 11:46
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 20.01.2021, 11:38
Super Liqa klubunda prezident istefası 20.01.2021, 10:44
"Bakıya yük gəmisi ilə getmişdim" - "Sumqayıt"dan ayrılan futbolçu 20.01.2021, 10:23
"Lester" – "Çelsi" 2:0 - VİDEO 20.01.2021, 09:43
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  1 3
2 Neftçi  1 3
3 Keşlə  1 3
4 Qəbələ   1 1
5 Zirə  1 1
6 Səbail 1 0
7 Sumqayıt 1 0
8 Sabah 1 0
Ətraflı
23-12-2020
“Heç nə bitməyib” -
“Heç nə bitməyib” - Nurlan İbrahimov
17-01-2021
"Matç bitəndən sonra mənə yaxınlaşıb gözəl oyuna görə təşəkkür etdi" - Rafiq Əlizadənin əziz xatirəsinə
24-12-2020
2020-ci ilə yekun vuruldu -
2020-ci ilə yekun vuruldu - Azərbaycan Premyer Liqası
26-12-2020
Hacı karyerasını bitirir -
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"
26-12-2020
Millimiz neçəncidir? -
Millimiz neçəncidir? - UEFA reytinqi
5-01-2021
XIV turun oyun cədvəli məlum oldu -
XIV turun oyun cədvəli məlum oldu - Premyer Liqa
25-12-2020
İlin bombardiri açıqlandı -
İlin bombardiri açıqlandı - UEFA kimi seçdi?
3-01-2021
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
Teymur Rəcəbov erməni rəqibini yenə məğlub etdi
12-01-2021
"Məndən sonra hamıya ipponla qalib gəldi" - Orxan Səfərov
9-01-2021
"Sumqayıt" ağır xəstəlikdən çıxıb" - Ayxan Abbasov
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 17 37
2 Səbail-2 Zaqatala 18 36
3 Zaqatala 17 35
4 Sabah-2 18 32
5 Neftçi-2 18 29
6 Kəpəz 18 28
7 Keşlə-2 17 25
8 Sumqayıt-2 17 24
9 Qarabağ-2 17 24
10 MOİK 16 19
11 Ağsu 18 13
12 Zirə-2 17 11
13 Qaradağ Lökbatan 18 7
       
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb