Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qurban Qurbanov: "Mübarizədən qaçmırıq"
Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: "Qrupda son oyunumuzdu. Hər bir oyun nə qədər vacibdisə, digəri ondan da lazımlıdı. Sabahkı görüş də əvvəlkilərdən vacibdi. Rəqibimiz İtaliya komandasıdı. Onlara qarşı oynamaq həmişə çətin olub. Amma doğma meydanımızda çıxış edəcəyik. Üçüncü dəfədi qrupdan çıxmağa çalışırıq. Bu dəfə əvvəlki matçlardan daha diqqətli olmalıyıq. Futbolçuların həmişəkindən daha diqqətli olmaları vacibdi. Onların üzərinə böyük məsuliyyət düşəcək. 90 dəqiqə diqqətli olmalıyıq. Rəqib daima yerdəyişmə edir. Onların təcrübəsi də bizə mane ola bilər. "Fiorentina” digər rəqiblərdən fərqlənir. Bizim də təcrübəmiz var. Mübarizədən qaçmırıq. Ən yaxşısını etməyə çalışacağıq".
Oxşar xəbərlər
"Rəqibin təcrübəli futbolçuları var" - Qurban Qurbanov
Qurban Qurbanov: "Fiorentina"ya qarşı layiqli oyun göstərdik"
Qurban Qurbanov:"Məğlub olmaqdan qorxmamışam"
Qurban Qurbanov: "Rəqibin daha istəkli olacağını düşünürəm"
Qurban Qurbanov: "Qalib gəlmək istəyirik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası