reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov: "Qalib gəlmək istəyirik"


Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ" bu gün Yunanıstanda PAOK-un qonağı olacaq. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: "Rəqib baş məşqçinin fikirlərini oxudum, qalib gəlmək istəyirlər. Amma bu matçdan sonra 2 qarşılaşma da var. Sabah yaxşı oyun göstərməliyik. Qalib gəlmək istəyirik. Oyunun gedişatında hər şey ola bilər. Ümumi götürsək, əsas hədəfimiz məğlub olmamaqdı. Rəqib Bakıda gördüyümüz komandadır. Sadəcə, ev matçlarında daha fərqli, aqressiv olacaqları şübhəsizdir. Bizi nə qədər müdafiədə oynamağa məcbur etsələr, o qədər müdafiə olunacağıq. Bununla belə hücum qurub, topa sahib olmağa çalışacağıq. PAOK çox sıx oynayan komandadı. Hücumlar qurmalıyıq. Matçın əvvəlindəki təzyiqdən çıxmağa çalışacağıq. Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdı. Sadəcə, rəqib meydanındakı azarkeşlər ev komandasını daha istəkli edir. Sabah bizim azarkeşlər də burda olacaq, onlara da inanıram. Sabah azarkeş səsini yox, oyun haqda düşünəcəyik". 
"Qarabağ" klubun müdafiəçisi Ansi Aqolli də oyun haqda fikirlərini bildirib: "Əlbəttə, çətin oyun olacaq. Artıq rəqiblə bir oyuna çıxmışıq. Güclü azarkeş dəstəyi olacaq. Hamı belə atmosferdə oynamaq istəyər. Xüsusi bir tapşırıq yoxdu. Maksim də, mən də ancaq komandaya kömək etmək barədə düşünürük. Məşqçimizin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışacağıq".

Oxşar xəbərlər

“Çox çətin oyun gözləyirik" - Qurban Qurbanov
Ansi Aqolli: "Bizi ciddi oyun və çətin mübarizə gözləyir"
Qurban Qurbanov: "Mübarizədən qaçmırıq"
Qurban Qurbanov: "Rəqibin daha istəkli olacağını düşünürəm"
Qurban Qurbanov: "Komandamız oyuna hazırdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər