reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov: "Rəqibin daha istəkli olacağını düşünürəm"


Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ" səfərdə Çexiyanın "Slovan" komandasının qonağı olacaq. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: "Bilirik ki, çox vacib oyuna gəlmişik. Belə oyunlarda hamı düşünə bilər ki, "Qarabağ" daha istəkli olacaq. Amma rəqibin daha istəkli olacağını düşünürəm. Onların açıqlamaları ilə tanışam. İlk qələbələrini qazanmaq niyyətindədirlər. Bu komandaya qarşı oynamaq çox çətindi. Düzdü, "Slovan" son oyunlarda yaxşı nəticələr qazanmır. Ancaq rəqibə yaxşı oynamağa da imkan vermirlər. Rəqibin gücünü Bakıda hiss etmişik. Bizə çətin anlar yaşatdılar. Bunların hamısını nəzərə almışıq. Ən doğrusunu etməyə çalışacağıq. Hər kəs sabah bizimlə olacaq. Avropa Liqasındakı oyunlarımızla maraqlananlar çoxdu. Hamı da uğur qazanmağımızı istəyir. Hər turnirə ayrı hazırlaşırıq. Biz öz oyunumuzdan uzaqlaşmalı deyilik. Futbol bir oyunla bitməz.  Sadəcə, oyuna düzgün hazırlaşmaq lazımdı. Prinsiplərimiz özünü doğruldur. Səhv etməmək barədə düşünürük. Fikrimiz ancaq bu oyundadır".
Futbolçu Migel Madera da öz fikirlərini jurnalistlərlə bölüşüb: "Həm bizim, həm də rəqib üçün çətin oyun olacaq. Qələbə qazanıb, növbəti mərhələ üçün yaxşı addım atmağı düşünürük. Amma bu, asan olmayacaq. Bakıdakı oyunda istədiyimiz nəticə qazana bilməmişdik. Ancaq ümid edirik ki, istədiyimiz nəticə qazanacağıq. "Slovan" bizə qarşı dinamik oynayacaq. Oyunda daha diqqətli olmalıyıq. Nəticə qazanmaq üçün bu, çox vacibdi. Meydançanın durumu ilə bağlı fikrim isə müsbətdir".

Oxşar xəbərlər

"Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq" - Qurban Qurbanov
"Sabahkı oyun çox çətin olacaq" - De Byazi
Qurban Qurbanov: Rəqibin fikri bizi maraqlandırmır
Qurban Qurbanov: "Mübarizədən qaçmırıq"
Qurban Qurbanov: "Qalib gəlmək istəyirik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər