Naxçıvanda yeni meydança -Gölün yanında
Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı icra olunan uğurlu layihələrdən biri də çimərlik futbolu ilə bağlıdır.
Sportfm.az xəbər verir ki, ötən ayın 18-dən etibarən Uzunoba gölünün ərazisində inşasına başlanılan çimərlik futbolu meydançası artıq hazır vəziyyətə gətirilib.
İnşaat işləri Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının nəzarəti ilə icra olunub. Beynəlxalq standartlara uyğun layihələndirilən meydançanın ümumi sahəsi 1200 kvadrat metrdir. Oyun sahəsinin uzunluğu 36, eni isə 26 metrdir. Qum örtüyü üçün narın qumdan (420 kub metr) istifadə olunub.
Meydançanın kənarlarına bardür düzülüb, iki ədəd ehtiyat oyunçular skamyası, eni 5.50, hündürlüyü 2.20 metr olan oyun qapıları quraşdırılıb, bölücü xətlər üçün möhkəm materialdan lent çəkilib.



Oxşar xəbərlər
Gəncədə daha bir süni örtüklü meydança təmir olundu - FOTO
Çimərlik futbolu çempionatının püşkü atıldı - Naxçıvanda
Naxçıvanda ilk çimərlik futbolu meydançasının inşasına başlanıldı - FOTO
“Kəpəz”in meydançası hazırdır - FOTO
"Sumqayıt"ın stadionunda təmir işləri davam edir - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası