Naxçıvanda ilk çimərlik futbolu meydançasının inşasına başlanıldı -FOTO
Naxçıvan Muxtar Respublikasında idmanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı Ali Məclis Sədrinin tapşırıqlarına əsasən icra olunan işlərdən biri də çimərlik futbolu ilə bağlıdır.
Sportfm.az xəbər verir ki, ötən həftədən etibarən çimərlik futbolu meydançasının inşasına başlanılıb. Meydança Uzunoba gölünün ərazisində 40x30 metrlik sahəni əhatə edir. Hazırda ərazidə xüsusi texnika vasitələri ilə hamarlama işləri aparılır. Lazımi miqdarda qum kütləsi gətirilib. İcra olunan işlər Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Naxçıvan MR Futbol Federasiyasının nəzarəti ilə davam etdirilir.
Mövcud perspektivlər nəzərə alınaraq yeniyetmə və gənclərin bu idman növündə fəaliyyət göstərməsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə meydançada çimərlik futbolu üzrə turnirlərin keçirilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Görülən böyük işlər, gənclərə qayğı, gələcəyə inam - Naxçıvanda gördüklərim
Çimərlik futbolu çempionatının püşkü atıldı - Naxçıvanda
Naxçıvanda yeni meydança - Gölün yanında
Naxçıvanda futbola həsr edilən iclas keçirildi - FOTO
Vasif Talıbovun oğlu federasiya rəhbəri seçildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası