Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Kəpəz”in meydançası hazırdır -FOTO
Gəncə şəhər stadionunda yeni süni örtüklü meydançanın salınması prosesi başa çatıb.
Sportfm.az xəbər verir ki, standart ölçülərə malik meydançanın uzunluğu 105, eni isə 68 metrdir. Meydançanın kənarında soyunub-geyinmə kabinələri qoyulub, ətraf ərazi asfaltlanıb. Futbol infrastrukturunun inkişafı məqsədilə ilə həyata keçirilən layihə AFFA tərəfindən icra olunub. Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydanının da təbii ot örtüyü 2017-ci ildə AFFA-nın maliyyə dəstəyi ilə tam olaraq yenilənib. Bundan əlavə, arenanın ərazisində 2015-ci ildə qurumun köməkliyi ilə süni örtüklü mini meydança da salınıb.
Oxşar xəbərlər
Gəncədə daha bir süni örtüklü meydança təmir olundu - FOTO
Gəncədə daha bir meydança
Gəncədə məşq meydançası salınacaq
Gəncə şəhər stadionunun əsas meydançasına baxış keçirildi
Gəncə şəhər stadionunda təmir işləri davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası