Didier Droqba və Samuel Eto professorun absurd təklifini tənqid etdi
Fransada koronavirusa qarşı hazırlanan peyvəndin Afrikada insanlar üzərində sınaqdan keçirilməsini təklif edən professora dünyanın müxtəlif ölkələrindən tənqidlər gəlir.
Sportfm.az xəbər verir ki, Jan Pol Mira adlı həkimin bu təklifinə dünyaca məşhur afrikalı ulduzlar, eləcə də ictimai xadimlər sərt reaksiya göstəriblər.
Fil Dişi Sahilinin əfsanəvi futbolçusu Didier Droqba, "Barselona" və "Real Madrid" kimi komandaların heyətində çıxış etmiş Samuel Eto və başqa tanınmışlar fransız professorun bu təklifinin və həmkarlarının ona dəstək verməsinin irqçiliyin ən son həddi olduğunu bildiriblər.
Qeyd edək ki, Fransanın nüfuzlu həkimləri LCI telekanalında koronavirusla bağlı müzakirə aparıblar. Müzakirə əsnasında onlar koronavirus peyvəndinin və dərmanlarının Afrikada sınaqdan keçirilməsi gərəkdiyini deyiblər. Həkimlər QİÇS üçün hazırlanmış peyvəndin Afrikadakı qadınlar üzərində yoxlanıldığını xatırladıblar.
Oxşar xəbərlər
Ən çox qol vuran afrikalı futbolçular - SİYAHI
Koronavirus vaksininin Afrikada yoxlanılmasına qarşı çıxdı - "Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər?"
Droqba məsələsi yalan çıxdı! - Açıqlama
Prezident olmaq istəyən futbolçu: "Mən bir liderəm"
Didye Droqba prezidentliyə namizəd oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası