Koronavirus vaksininin Afrikada yoxlanılmasına qarşı çıxdı -"Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər?"
Almaniyanın “Bavariya” klubunun futbolçusu David Alaba həkimlərin koronavirusa qarşı vaksinin Afrika ölkələrində sınaqdan keçirilməsi ilə bağlı təklifinə reaksiya verib.
Sportfm.az xəbər verir ki, 28 yaşlı müdafiəçi şəxsi “Twitter” hesabı vasitəsilə tənqidi fikirlər səsləndirib.
"Bunu deyənlər həkimlərdir, yoxsa təlxəklər? Heç vaxt belə irqçiliyi təsəvvür edə bilməzdim. Bu, utandırıcı və yolverilməzdir. Koronavirusa qarşı mübarizə aparmaq üçün hamımız bir araya gəlib çiyin-çiyinə çalışmalıyıq" deyə Alaba vurğulayıb.
Qeyd edək ki, koronavirusa qarşı vaksinin Afrikada sınaqdan çıxarılması təklifini Fransanın paytaxtı Parisdəki xəstəxanalardan birinin reanimasiya şöbəsinin müdiri professor Jan-Pol Mira dilə gətirib.
Oxşar xəbərlər
David Alaba “Bavariya”dan ayrılır - Rəsmən açıqlayacaq
Maska satışından 250 min avro topladılar - FOTO
Didier Droqba və Samuel Eto professorun absurd təklifini tənqid etdi
Koronavirus danışıqlara təsir etməyəcək - Prezident bildirdi
David Alaba üçün 65 milyonluq təklif
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası