reklam
“Baku Open” beynəlxalq turnirə yekun vuruldu
Sportfm.az xəbər saytı

“Baku Open” beynəlxalq turnirə yekun vuruldu


Azərbaycan paytaxtında, Boks İdman Mərkəzində təşkil olunan 11-ci “Baku Open” beynəlxalq karate turniri başa çatıb.

Sportfm.az xəbər verir ki, dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunmuş turnirdə 7 ölkədən 744 idmançı və komanda mübarizə aparıb.

Yarışda 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-20 yaşlı gənclər, böyüklər və veteran karateçilər iştirak edib. Fərdi və komanda yarışlarında yerli idmançılarla birgə Türkiyə, Malayziya, Misir, Gürcüsütan, İsveçrə və Rusiya idmançıları çıxış ediblər.

4 günün nəticələrinə əsasən “Qara Qaplan” klubu birinci, “Arpaçay” ikinci, Mərkəzi karate məktəbi isə üçüncü yeri tutub. Yarışı 3 ölkədən 6 beynəlxalq və 32 milli dərəcəli hakim idarə edib.

Oxşar xəbərlər

“Baku open” beynəlxalq turnirin ilk qalibləri müəyyənləşdi - FOTO
Karate üzrə beynəlxalq turnir başa çatdı - FOTO
Beynəlxalq turnirə yekun vuruldu
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Karate üzrə IX beynəlxalq “Baku Open” turniri başa çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər