reklam
Karate üzrə beynəlxalq turnir başa çatdı -
Sportfm.az xəbər saytı

Karate üzrə beynəlxalq turnir başa çatdı -FOTO


Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" karate klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnir sona yetib.

Sportfm.az xəbər verir ki, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən sayca beşinci açıq turnirdə 12 ölkə, o cümlədən İran, Rusiya, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Türkiyə, Mərakeş, Oman və ölkəmizi təmsil edən 89 klubun tərkibində 939 idmançı və 50 komanda mübarizə aparıb.

Turnirin birinci günü bütün yaş qruplarında kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclər çıxış ediblər.

Yekun nəticəyə əsasən "Qara Qaplan" klubu 20 qızıl, 13 gümüş və 25 bürünc medalla birinci yerə çıxıb. 12 qızıl, 9 gümüş və 12 bürünc medal qazanan "Arpaçay" klubu ikinci pilləni, 7 qızıl, 4 gümüş və 15 bürünc mükafata sahib olan "Pashayev" (Ukrayna) klubu isə üçüncü sıranı tutub. Yarışı milli hakimlərimizlə birgə 5 ölkədən 22 beynəlxalq hakim idarə edib.

Oxşar xəbərlər

Bakıda 1500-dən çox idmançı qüvvəsini sınayacaq - Beynəlxalq turnir
“Baku Open” beynəlxalq turnirə yekun vuruldu
20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq karate turniri keçiriləcək
“Qara Qaplan” klubunun yetirmələri ən yüksək nəticə göstərib
Beynəlxalq turnirə yekun vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər