“Baku open” beynəlxalq turnirin ilk qalibləri müəyyənləşdi -FOTO
Bakıda Boks İdman Mərkəzində keçirilən XI “Baku open” beynəlxalq karate turnirinin ilk qalibləri müəyyənləşib.
Sportfm.az xəbər verir ki, yarışın birinci günündə böyüklər və veteranlar mübarizə aparıblar. Belə ki, kişilərin kata yarışlarında Həsənəli Həsənov, qadınların mübarizəsində Neda Rezai qalib olublar. Veteranlar arasında Anar Əhmədov (36-45 yaş) və Rəfael Məmmədov (46-55 yaş) qızıl medal qazanıblar.
Martın 6-da 16-17 yaşlı və 18-21 yaşlı gənclər, ertəsi gün 14-15 yaşlı yeniyetmələr, ayın 8-də isə 6-13 yaşadək uşaqlar yarışa qoşulacaqlar.
Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunub. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak edir.
Oxşar xəbərlər
“Baku Open” beynəlxalq turnirə yekun vuruldu
“Baku Open” beynəlxalq turniri başa çatdı
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Bakıda 9-cu “Baku Open” turnirinin açılış mərasimi oldu
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası