reklam
Beynəlxalq turnirə yekun vuruldu
Sportfm.az xəbər saytı

Beynəlxalq turnirə yekun vuruldu


Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş karate üzrə ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirinə yekun vurulub.

Sportfm.az xəbər verir ki, turnirdə birinci yeri ən çox medal qazanan “Qara Qaplan” komandası tutub, “Zirvə” komandası ikinci pillədə qərarlaşıb. “Arpaçay” karate klubu isə yarışı üçüncü yerdə tamamlayıb.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilib.

Turnirdə 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçi mübarizə aparıb.(azərtac)

Oxşar xəbərlər

“Baku Open” beynəlxalq turnirə yekun vuruldu
Karate üzrə beynəlxalq turnir başa çatdı - FOTO
Milli Parkda açıq karate seminarı təşkil olunacaq
Bakıda “Olimpiya ümidləri” beynəlxalq turnir keçiriləcək
Bakıda beynəlxalq karate turnirinə start verildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər