Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
AFFA məşqçiləri 3 oyunluq cəzalandırıldı -QƏRAR
Azərbaycan Premyer Liqasının 12-ci turunda “Şamaxı” və “Turan Tovuz” klubları məşqçilərin rəqibi təhqir etməsi və futbolçularının təcavüzkar davranışına görə cərimələniblər.
Sportfm.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Noyabrın 21-də keçirilən “Şamaxı” – “Turan Tovuz” matçının (0:2) ilk hissəsindən sonra hər iki komandanın məşqçisi rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən Araz Bağırov və Yunis Hüseynov hər biri 3 oyunluq cəzalandırılıb. Həmçinin klubların hər biri 8000 manat cərimə olunub.
Həmin matçın 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, 1-i şərti olmaqla 3 oyunluq cəzalandırılıb. Tovuz təmsilçisi isə 3000 manat cərimələnib. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib.
Noyabrın 20-də keçirilən “Sumqayıt” – “Sabah” matçının 33-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Lukas Blek ikinci sarı vərəqədən sonra “qırmızı” aldığı üçün 1 oyunluq cəzalandırılıb. “Sumqayıt” klubu isə 500 manat cərimə olunub.

Oxşar xəbərlər
Klub rəhbərinə 4 oyunluq cəza - QƏRAR
"Sumqayıt" və "Şamaxı"nın baş məşqçiləri cəzalandırıldı - QƏRAR
"Araz-Naxçıvan" - "Qarabağ" matçındakı davaya görə cəzalar - Qərar
AFFA klubları cərimələdi - QƏRAR
“Turan Tovuz” cərimə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

/news/big/i/f/norvegiya-otkazala-rossijskim-konkobezhcam-v-vydache-viz-dlya-uchastiya-v-etape-kubka-mira_1795505876929706783.jpg)

Misli Premyer Liqası