Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək -“Sabah” - “Barselona” matçına görə
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
Sportfm.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, Qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq, stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək. Həmçinin qarşılaşmadan sonra qatarların hərəkəti “Koroğlu” stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Qeyd olunub ki, Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.
Xatırladaq ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” görüşü saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Metroda iş rejimi dəyişdiriləcək
Metroda iş rejimi dəyişdiriləcək - "Qarabağ" - "Vestri" matçına görə
“Bakı Metropoliteni” “Qarabağ”a görə iş rejimini dəyişdi
Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası