Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Beşiktaş”ın təyyarəsi Batumidə eniş edə bilmədi
Türkiyə klubu “Beşiktaş”ın futbolçularını daşıyan təyyarə Avropa Liqasının V turunda “Hapoel” (Beer-Şeva) ilə keçiriləcək oyun üçün Gürcüstana səfər edərkən Batumi hava limanına enə bilməyib.
Sportfm.az xarici KİV-ə istinadla xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən təyyarənin Batumidə enişi mümkün olmayıb. Bundan əlavə, uçuş zamanı təyyarəyə ildırım düşdüyü və bunun güclü turbulensiyaya səbəb olduğu bildirilib.
Nəticədə təyyarə Türkiyənin Rizə şəhərinə məcburi eniş edib. “Beşiktaş”ın nümayəndələri komandanın Batumiyə avtobusla yollanacağını açıqlayıblar. Hadisə ilə əlaqədar baş məşqçi Vinçenso İtalyanonun oyunöncəsi mətbuat konfransı da ləğv edilib.
Qeyd edək ki, “Hapoel”lə qarşılaşma “Beşiktaş” üçün nominal olaraq ev oyunu hesab olunur. Matç noyabrın 26-da keçiriləcək.

Oxşar xəbərlər
Futbolçuları daşıyan təyyarə Astana hava limanında problemlə üzləşdi
“Beşiktaş” Bakıya bu futbolçularla gəldi - SİYAHI
Millinin oyunçularını daşıyan təyyarə qəzalı enişi etdi - Olay
Messinin təyyarəsi məcburi eniş etdi
"Beşiktaş" İtaliyaya gedir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

_1694603125.png)

Misli Premyer Liqası